Səkidə maşın saxlayanlar cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

Səkidə maşın saxlayanlar cərimələnəcək

Sosial

21 İyun 2024 13:24 1083


Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 346.9-cu maddədə əksini tapıb.

Layihəyə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə ediləcək. pizza mizza

Qeyd edilib ki, şəxs yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!