Sentyabrda ukraynalı pilotlar ABŞ-da F-16 təliminə başlayacaq

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrda ukraynalı pilotlar ABŞ-da F-16 təliminə başlayacaq

Dünya

25 Avqust 2023 12:21 416


Pentaqon sentyabrda ABŞ-da ukraynalı pilotlara F-16 təlimlərinə başlayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri ABŞ hakimiyyətinin nümayəndəsinə istinadən yazıb. 

Pentaqonun sözçüsü general Patrik Rayder ABŞ-ın yaxın vaxtlarda ukraynalı pilotların F-16 döyüş təyyarələrində təlim proqramına qoşulacağını təsdiqləyib.  Marqarita pizza

O qeyd edib ki, ABŞ-da təlim keçəcək ukraynalıların dəqiq sayı hələlik məlum deyil, lakin orada bir neçə pilot və onlarla hərbi qulluqçu olacağı gözlənilir. 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!