Sentyabrın 1-dən bu qadağa götürülür - QƏRAR VERİLDİ

saytların hazırlanması

Evə çatdırılma

Sentyabrın 1-dən bu qadağa götürülür - QƏRAR VERİLDİ

Sosial

25 Avqust 2020 23:57 6135


Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illər üçün ov mövsümü Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə 01 sentyabr tarixindən etibarən açıq elan edilir.

“Yeni Sabah” xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Firuddin Əliyev bildirib.

O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi, AMEA-nın Zoologiya İnstitutu, Azərbaycan Ovçular və Balıqçılar, Azərbaycan Ornitoloji Cəmiyyətləri, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda ov mövsümünün başlanması, vəhşi heyvanların və quşların ovlanmasının müddətləri, normaları, limitləri müzakirə olunub və ov mövsümünün başlanmasına qərar verilib. Sezar pizza

“Ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətləri və normaları ilə bağlı elan Nazirliyin rəsmi internet səhifəsinin “Elanlar” bölməsində yerləşdirilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!