“Şərəf” ordeni verilən Röya Tağıyeva KİMDİR

saytların hazırlanması

Evə çatdırılma

“Şərəf” ordeni verilən Röya Tağıyeva KİMDİR

Sosial

31 Dekabr 2024 15:51 882


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şərəf” ordeni ilə təltif edilib.

“Yeni Sabah” “Şərəf” və “Şöhrət” ordenli Röya Tağıyevanın dosyesini təqdim edir.

Röya Tağıyeva 1 yanvar 1945-ci ildə Bakı şəhərində anadan olub. 1961–1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1982-ci ildə sənətşünaslıq elmləri namizədi, 2003-cü ildə isə elmlər doktoru alimlik dərəcəsi alıb. 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. 2010-cu ildən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri və 2016-cı ildən "NUR Art House" qalereyasının direktorudur. 26 yanvar 2015-ci ildə "Şöhrət" ordeni ilə təltif edilib. pizza

Rejissor, Əməkdar İncəsənət işçisi Nurəddin Tağıyevin həyat yoldaşıdır. Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun bacısıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!