Səslərin 99 faizi hesablandı: CHP birincidir

saytların hazırlanması

Evə çatdırılma

Səslərin 99 faizi hesablandı: CHP birincidir

Siyasət

01 Aprel 2024 09:01 593


Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkidə verilən səslərin 99 faizdən çoxu hesablanıb.

Yerli mətbuat xəbər verir ki, ölkə üzrə qutuların 99,37 faizi açılıb.

Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,71 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,53 faizlə ikinci sıradadır. Pepperoni pizza

Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 51,05 faizlə birinci yerdədir.

Türkiyənin Ali Seçki Komissiyası seçkinin ilkin nəticələrini bazar ertəsi elan etmək niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!