Şimşək çaxır, yağış  yağır - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Sosial

17 Oktyabr 2024 09:53 330


Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Şahdağın 2800 metr yüksəkliklərinə qar yağıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 15 mm, Daşkəsəndə 14 mm, Göygöldə 9 mm, Gəncədə 6 mm, Biləsuvar, Qəbələ, Mingəçevirdə 4 mm, Kəlbəcərdə 3 mm, Şəki, Şəmkir, Zərdab, Kürdəmir, Goranboy, Yevlax, Tərtər, Astara, Şuşa, Zəngilan, Füzuli, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Sədərək, Ordubad, Naftalan, Balakən, Tovuz, Zaqatala, Oğuz, Qobustan, Qusar, Qrız, Şahdağ, Bərdə, Sabirabad, Şirvan, Neftçala, Yardımlı, Lənkəranda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 2 mm, Bakı, Maştağada 1 mm-dək olub. Sezar pizza

Sumqayıt, Goranboy, Göygöl, Gəncə, Daşkəsən, Naftalan, Şəmkir, Tovuz, Balakən, Şamaxı, Qobustan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 8, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!