Siyasətçilər seçki məntəqələrində:  Nazirlər, partiya funksionerləri...

Siyasətçilər seçki məntəqələrində: Nazirlər, partiya funksionerləri...

Dünya Veb saytların hazırlanması

28 May 2023 12:53 645


Türkiyədə keçirilən prezident seçkilərinin 2-ci turunda artıq siyasətçilərin də səsvermə prosesinə qatılması baş verib.

Yenisabah.az xəbər verir ki, ölkənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Ataşehirdəki seçki məntəqəsində seçici hüququndan istifadə edib.

Ondan sonra xarici işlər naziri Mövlud Çavuşoğlu prezident seçkilərinin 2-ci turu üçün Antalyanın Alanya rayonunda səs verib.

Çavuşoğlu və xanımı Hülya Çavuşoğlu Ayşen Cengiz Urfalıoğlu ibtidai məktəbində səs veriblər.

"Biz belə millətik. Bəli, fərqli tərəflərdə ola bilərik, fərqli baxışlarımız ola bilər, amma son nəticədə hamımız demokratiyanı qorumalıyıq.Ümid edirəm ki, seçkilər ölkəmiz və millətimiz üçün faydalı olacaq”, - deyə XİN rəhbəri mediaya açıqlamasında vurğulayıb.

Rəsmi şəxslərlə yanaşı, bir sıra siyasi partiyaların funksionerləri də artıq seçici hüququndan yararlanıb.

Nazir Çavuşoğlu 28 Mayın Azərbaycanın müstəqilliyinin ildönümü olduğunu da xatırladıb və 105 il əvvəl müstəqilliyini əldə etmiş Azərbaycana salamlarını çatdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!