Son dəqiqə: Putinin mühafizəçilərinin sayı artırıldı

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Putinin mühafizəçilərinin sayı artırıldı

Dünya

10 Oktyabr 2022 14:41 1109


Bütün təhdidlər nəzərə alınaraq, Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.

Yenisabah.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Prezident Putinin ünvanına təhdidlərlə bağlı sözlərini şərh edərkən bildirib.

“Prezidentin təhlükəsizliyi, bütün mövcud təhdidlər nəzərə alınaraq, lazımi səviyyədə təmin olunur”, - Kremlin sözçüsü vurğulayıb. Dominos pizza

Qeyd edək ki, Con Bolton Rusiya Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Prezident Putinin qanuni hədəfə çevriləcəyini qeyd edib. (APA)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!