Son dəqiqə: Xəzərdə bir nəfər batdı

saytların hazırlanması

Evə çatdırılma

Son dəqiqə: Xəzərdə bir nəfər batdı

Hadisə

30 İyul 2022 22:11 1400


Pirşağı çimərliyində bir nəfər dənizdə boğulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub. pizza

Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1991-ci il təvəllüdlü Ələsgərov Ağababa Qurban oğlunun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!