Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - DİM-dən XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - DİM-dən XƏBƏRDARLIQ

Sosial

19 Yanvar 2025 10:08 317


Sosial şəbəkələrdə mikroqulaqlığın geniş satışı və alışı həyata keçirilir.

Yenisabah.az xəbər verir ki, cihaz müxtəlif məqsədlər üçün istifadə edilir. Qiyməti isə 160-260 manat arasında dəyişir. Hətta avadanlığın kirayəsi də mümkündür.

Əsasən imtahanlarda iştirak edən şəxslər bu cihazlardan istifadə etmək istəyində olurlar. Bununla bağlı Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ötən illərdə ötürücü qurğularla qəbul imtahanına girmək istəyən bəzi işirakçılar imtahandan kənarlaşdırılıb və onların nəticələri ləğv olunub. Dominos pizza

Mərkəz məsələ ilə bağlı növbəti aylarda olacaq qəbul imtahanlarında iştirak edən şəxslərə xəbərdarlıq edib.

Dövlət Gömrük Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, dinləmə cihazlarının ölkəyə gətirilməsi qadağandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!