Şoyqu Ukraynada döyüşlərin səngiməsinin səbəbini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Şoyqu Ukraynada döyüşlərin səngiməsinin səbəbini açıqladı

Dünya

24 Avqust 2022 13:22 1137


Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü Özbəkistanda keçirilən ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclasında çıxış edərək, Rusiya ordusunun Ukraynada keçirdiyi xüsusi əməliyyatın niyə səngidiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, “Ukraynada xüsusi hərbi əməliyyat zamanı hücumun sürətinin aşağı salınması mülki əhali arasında itkiləri minimuma endirmək istəyi ilə bağlı şüurlu qərardır” deyə Sergey Şoyqu bildirib.

Nazir əlavə edib ki, xüsusi əməliyyat plan üzrə gedir və onun bütün tapşırıqları yerinə yetiriləcək. Sezar pizza

Şoyqu həmçinin bildirib ki, “azad edilmiş ərazilərdə” Rusiya hərbçiləri “dinc həyatın bərqərar olması üçün sistemli iş təşkil ediblər” – onlar humanitar yardım göstərir, infrastrukturu və həyatı təmin edən sistemləri bərpa edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!