Müğənni Dilarə Kazımova qonaq olduğu proqramda ifa zamanı Şəbnəm Tovuzlunun adını hallandırıb.
Yenisabah.az Olay-a istinadla xəbər verir ki, sənətçi “El Canlı” proqramında təşkil olunan əyləncəli rubrikada iştirak edib.
İfaçı “Dəm olmuşam” mahnısının sözlərini dəyişdirərək, yaradıcı heyətin ona təqdim etdiyi “Nəm olmuşam, Tovuzlu Şəbnəm olmuşam, neyləyim?” – şəklində oxuyub. Sezar pizza
Dilarə həm də müğənni Türkan Vəlizadənin də adını çəkib.
Yumoristik görüntülər sosial şəbəkələrdə yayılıb. İzləyicilərin fikrincə, Dilarənin bu hərəkəti özünü adını çəkdiyi ifaçılardan üstün görməsi kimi düşünülüb.
Müğənni Şəbnəm Tovuzlu bununla bağlı qeyd edib ki, Dilarəni tanımır:
“Dilarə Kazımova kimdir ki? Mən heç onu, elə bir müğənnini tanımıram. Dilarə o soyunan qızdır? Heç kəs məni lağa qoya bilməz. Heç kəs Şəbnəm Tovuzlu da ola bilməz”.
Ş. Tovuzlunun bu sözlərinə qarşı tərəfdən reaksiya verilib. Dilarənin prodüseri bildirib ki, sənətçi qalmaqal yaratmaq məqsədində olmayıb:
“Verilişdə mahnının sözləri əvvəldən dəyişdirilib və Dilarə xanımın bu cür oxuması xahiş edilib. Orada qəbahətli bir şey yoxdur. Hamıya məlumdur ki, Dilarə Kazımova hər zaman qalmaqaldan uzaq biridir. Məqsədi qıcıq, ya da qalmaqal yaratmaq olmayıb”.
Telegram kanalımız