“Sülhməramlılar Azərbaycandan çıxarılmalıdır” - İqbal Ağazadə

saytların hazırlanması

Evə çatdırılma

“Sülhməramlılar Azərbaycandan çıxarılmalıdır” - İqbal Ağazadə

Siyasət

01 Yanvar 2021 22:05 1537


"Qarşıda görəcəyimiz çox işlər var, Qarabağa tam hakim olmalı, hər qarışında bayrağımızı dalğalandırmalı, ölkəmizin Konstitusiyasını tanımayanları sərhədlərimizdən kənara çıxarmalı, ərazimizdə sülhməramlı adı ilə heç bir ölkənin hərbi quruluşunun saxlanılmasına izn verməməli, bir sözlə, Qarabağ probleminin gələcək nəsilləri də təhdid etməsilə razılaşmamalıyıq".

Yenisabah.az xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.

İ.Ağazadə qeyd edib ki, işğaldan azad edilmiş rayonların bərpası və məcburi köçkünlərin geri qaytarılması mühüm vəzifə olmalıdır: "Qarabağ problemi ilə yanaşı, digər çətinliklərin də bir xalq olaraq öhdəsindən gəlməliyik. İlk növbədə, bütün seçkili orqanlarda xalqın səs verdiyi insanların mandat sahibi olmasına nail olmalıyıq. İstər Prezident, istər deputat, istər bələdiyyə seçkilərinin azad, demokratik, çoxpartiyalılıq əsasında keçirilməsini təmin etməliyik. Məhkəmələrin azad və müstəqil fəaliyyəti üçün cəmiyyətin və siyasi cəhətdən aktiv kəsimin gücü toparlanmalıdır. Hər bir vətəndaşımızın sosial cəhətdən təminatlı və güvənli yaşaması ən başlıca vəzifəmiz olmalı, heç bir insanımızın ac, yoxsulluq içində əzilməsinə imkan verməməliyik. Xüsusilə, şəhid, qazi ailələri bizlərə Vətənin əmanətləridirlər, əmanətə layiqincə sahib çıxmalıyıq. Ölkəmizdə insan haqlarının, söz və mətbuat azadlığının qorunması üçün bütün siyasi və vətəndaş cəmiyyəti institutları səylərini birləşdirməli, demokratik dəyərlərin hakim olması yönündə yeni münasibətlər sistemi qurmaq üçün yorulmadan işləməliyik". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!