Sumqayıtdakı gimnaziyada mənimsəmə: Cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtdakı gimnaziyada mənimsəmə: Cinayət işi açıldı

Kriminal

13 Fevral 2024 17:17 706


Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.

Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla təhsil müəssisəsinin vəzifəli şəxslərinin 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr yaranıb. pizza mizza

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!