Suraxanıda “Ana və Uşaq” parkı təmir olunur - Fotolar 

saytların hazırlanması

Evə çatdırılma

Suraxanıda “Ana və Uşaq” parkı təmir olunur - Fotolar 

Sosial

13 İyun 2024 13:19 503


Suraxanı rayonu, Yeni Günəşli yaşayış sahəsində yerləşən ümumi sahəsi 1,2 ha olan “Ana və Uşaq” istirahət parkında yarımçıq qalan təmir-bərpa işləri sürətlə davam etdirilir. 

Yenisabah.az xəbər verir ki, sözügedən parkda 2011-ci ildən müəyyən tikinti-quraşdırma işləri aparılsa da, 2014-cü ildən işlər yarımçıq qalıb. 

Ərazidə yaşayan sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən parkda tikinti-quraşdırma işlərinə başlanılıb.  Pepperoni pizza

Qeyd edək ki, yenidən qurulan parkın ərazisində tamet və aqlay örtükləri, bordürlər, səkilər qurulur, yaşıllıq örtüyünün salınması üçün torpaq qatı hamarlanır. Həmçinin, sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün uşaq və idman meydançalarının qurulması, velosiped zolaqlarının və yaşıllıqların salınması işlərinə də başlanılıb. 

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra “Ana və Uşaq” istirahət parkı yenilənmiş görkəmi ilə sakinlərin istifadəsinə veriləcək. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!