Şuşaya tur və kredit vədi verib aldatdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Şuşaya tur və kredit vədi verib aldatdı - VİDEO

Kriminal

08 İyun 2023 14:28 772


Daxili İşlər Nazirliyinə (DİN) naməlum şəxsin instaqram sosial şəbəkəsində vətəndaşlara müxtəlif şirnikləndirici vədlər verərək dələduzluq yolu ilə onları aldatdığı barədə çoxsaylı şikayətlər daxil olub.

Yenisabah.az xəbər verir ki, həmin qanunazidd əməlləri törədən əvvəllər məhkum olunmuş Yevlax rayon sakini Rüfət Mustafayev saxlanılıb.

O, son bir neçə ay ərazində instaqram sosial şəbəkəsində "kredit evi", "faize.pull2022" və digər adlarda səhifələr yaradaraq kredit verəcəyi, eləcə də Şuşa şəhərinə tur təşkil edəcəyini vəd edərək 120 fakt üzrə vətəndaşlara qarşı dələduzluq edib. Bu və digər üsullarla o, zərərçəkənlərin 30 min manata yaxın pulunu ələ keçirib. pizza mizza

Araşdırma zamanı Rüfət Mustafayevin bəzi faktlar üzrə zərərçəkənlərin bank kartlarında olan məlumatları ələ keçirməklə hesablarda olan pul vəsaitlərini oğurladığı da müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!