Taksidə ancaq bu maşınlara icazə veriləcək? – Sürücülər təşviş içində

saytların hazırlanması

Evə çatdırılma

Taksidə ancaq bu maşınlara icazə veriləcək? – Sürücülər təşviş içində

Sosial

14 Yanvar 2025 11:06 17366


Taksi sürücüləri arasında maraqlı müzakirə yayılıb. Onların bir çoxu yaxın vaxtlarda taksi şirkətlərinin əksəriyyətinin tamamilə yerli istehsal olan avtomobillərə keçəcəyini iddia edir. Sürücülərin fikrincə, hazırda istifadə edilən hibrid və elektromobil nəqliyyat vasitələri yavaş-yavaş yerli yığım maşınlarla əvəz olunacaq. 

Yenisabah.az bu barədə sahəni bilən bir neçə şəxsin fikirini öyrənib.

Onların fikrincə, ötən ilin iyulunda Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı verdiyi bir sıra qərarlardan sonra buraxılış ili köhnə olan və taksidə istifadə edilən nəqliyyat vasitələri dövriyədən çıxarılıb. Lakin indiki şəraitdə taksi xidməti ilə bağlı daha bir neçə dəyişiklik bu sektorunda ciddi problemlərə səbəb ola bilər. pizza mizza

Əvvəllər taksi fəaliyyəti göstərən şəxslərin bir çoxu maşınların artıq “yararsız” hesab olunması ucbatından işlərini itirib. İndiki şəraitdə növbəti “işsiz sürücülər” dalğasının formalaşmaması üçün taksi fəaliyyətində mövcud qaydaların saxlanılması ən yaxşı seçim olardı. 

Son illər fərdi nəqliyyat vasitələrində olduğu kimi, taksi və ictimai nəqliyyatda da ekoloji təmiz maşınlardan istifadə praktikası tətbiq olunur. Bu baxımdan, yaxın gələcəkdə taksi sektorunda yerli istehsal olan və yanacaq mühərrikli avtomobilləri yeni nəsil elektromobillərin əvəzləməsi real görünmür.

Qeyd edək ki, hazırda bir çox taksi şirkətlərinin avtoparkında hibrid və elektormobillərdən savayı, yerli yığım maşınlar da var. 

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAMİZ
    TAKSİLERDEN BAŞGA ÖLKEDE PROBLEM GALMAYİB DÜYESEN,İLK ÖNCE PENSİYA MÜAVİNETLERİ GALDİRİN,ERZAG GİYMETLERİNİ ENDİRİN,KAMUNAL GİYMETLERİ ENDİRİN,YANACAGİN GİYMETİNİ ENDİRİN,TAKSİDEN GABAG O GEDER PROBLEMLER VAR.
    1 year ago
  • Pərviz
    Ağzaa qablıyım ay Musa
    1 year ago
  • Qurban Abbasov
    Taksilərdən başlamaq lazım deyil.Əvvəlcə nazirlər, komitə sədrləri, deputatlar, idarə müdirləri yerli istehsal maşınlara otursunlar, sonra taksilərə tətbiq edilər.Gozə kül üfurmək lazım deyil.
    1 year ago
  • Ramiz
    Mende istəyərdim maşın alim amma ki iki fikirli qalmışam, uyğun qiymətə olsaydı başdan min manat verib, ayda 150 manat vermək olardi
    1 year ago
  • Musa
    Dogru gerar olar... ekonomimize. Elave. Üstünlük getrer
    1 year ago