"Yeşilçam" aktyor Ali Güney vəfat edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi 66 yaşında dünyasını dəyişib. O, 3 gün əvvəl nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, karyerasına 1970-ci illərdən başlayan A.Güney "Gecede Gülperi", "Pişt", "Korkma", "Gece yolcuları Recep ile Selena", "Atatürk’ün fedaisi topal Osmantürk" kimi məşhur filmlərdə rol alıb. O, daha çox mənfi obrazlarıyla tanınıb. Pepperoni pizza
Telegram kanalımız