““Təbrizin sehrli nağılları”? O kitab nədən bəhs edir?” -   Elşən Xəzər

saytların hazırlanması

Evə çatdırılma

““Təbrizin sehrli nağılları”? O kitab nədən bəhs edir?” - Elşən Xəzər

Şou

27 İyul 2022 21:43 2091


Tanınmış meyxanaçı Elşən Xəzər “Təbrizin sehrli nağılları” kitabı ilə sosial şəbəkədə fotosunun yayılmasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, teleqraf-a açıqlamasında o, fotonun montaj olduğunu vurğulayıb:

“Mən "Təbrizin sehrli nağılları” kitabından xəbərdar deyiləm. Kitab nədən bəhs edir?! Yaxın günlərdə Bakıda da olmamışam, rayonlarda toy mərasimlərində idim. Belə bir kitabı tanımıram, görməmişəm. Montaj ediblər. Bu, siyasi məsələdirsə, siyasətə qarışmıram. Mənim barəmdə o qədər böhtan yazıblar ki..." pizza hut

Qeyd edək ki, yaxın günlərdə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Təbrizin sehrli nağılları” adlı kitabı oxuduğunu və buradan Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox məlumat əldə etdiyini yazıb. Diplomatın fotosu trendə çevrilib və bir çox insanlar kitabla şəkil çəkdirib paylaşıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!