İranın Milli Xalça Mərkəzinin rəhbəri qızıldan toxunmuş xalçanın Rusiya prezidentinə bağışlanması ilə bağlı iddialara cavab verib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, Fərhanaz Rafe bununla bağlı deyib: "Əvvəla, qızıldan toxunan xalça üçün təxminən 27 kq qızıl lazımdır. Bu cür xalça bükülə də bilməz".
Xalça Mərkəzinin direktoru əlavə edib: "Milli Xalça Mərkəzinin hədiyyə etmək üçün heç bir xalçası yoxdur. Bu mərkəzin məsuliyyəti yalnız qədim əl sənət növünü himayə və dəstəkdir. pizza mizza
Müxtəlif prezidentlər üçün keçirilən beş sərgi olub. Məsələn, Qətər əmiri gələndə biz Qum və Şərqi Azərbaycan vilayətinin əllə toxunmuş xalçalarını sərgilədik. Türkmənistan prezidenti üçün də. Tacikistan prezidenti 100 metrlik əllə toxunmuş İran ipək xalçasını görəndə şok keçirdi. Putin üçün də belə bir sərgi keçirilib.
Yeri gəlmişkən, son sərgi xalça ixracatının artmasına səbəb olub".
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Astana prosesi" çərçivəsində İrana səfər edib. Sosial şəbəkələrdə Tehranda olarkən ona qızıl xalça hədiyyə edildiyi iddiası var.
Telegram kanalımız