Terrorçuların olduğu avtomobil belə saxlanıldı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Terrorçuların olduğu avtomobil belə saxlanıldı - FOTOLAR

Kriminal

23 Mart 2024 13:09 16336


Moskvada törədilmiş terror aktını törətməkdə şübhəli bilinən şəxslərin saxlanılması əməliyyatı ilə bağlı məlumat yayılıb.

Şübhəlilərin idarə etdiyi “Renault” markalı avtomobil gecə saatlarında Bryansk vilayətinin Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında aşkarlanıb. Avtomobil hüquq-mühafizə orqanlarının əməkdaşlarının tələbinə məhəl qoymadan hərəkətinə davam edib. Nəticədə təqib zamanı atəş açılıb və avtomobil aşıb.

Terrorçu olduğu ehtimal edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Az sonra ikinci şəxs də saxlanılıb. İlkin məlumatlara görə, saxlanılanlardan biri Düşənbədən olan 19 yaşlı Məhəmmədsobir Fayzovdur. O saxlanılarkən bir gözündən yaralanıb və xəstəxanaya aparılıb. pizza sifarişi

Terrorçulara məxsus olması ehtimal edilən “Renault” markalı avtomobildən PM tapançası, AKM avtomatı üçün maqazin və Tacikistan vətəndaşlarının pasportları aşkar edilib.(Qafqazinfo)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!