“Tərtər işi” üzrə məhkəmə başlayır - 192 zərərçəkmiş var

saytların hazırlanması

Evə çatdırılma

“Tərtər işi” üzrə məhkəmə başlayır - 192 zərərçəkmiş var

Kriminal

16 Fevral 2023 11:53 815


“Tərtər işi” ilə bağlı ittiham olunan 4 nəfər-Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi Bakı Hərbi Məhkəməsi tərəfində icraata götürülüb. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, iş hakim Camal Ramazanovun sədrliyi ilə araşdırılacaq. 

İş üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.  Dördpendirli pizza

Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş bir neçə hərbçi cinayət məsuliyyətinə cəlb olunub. 

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!