Təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edilib

saytların hazırlanması

Evə çatdırılma

Təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edilib

Sosial

28 Dekabr 2024 17:59 323


Qazaxıstan Aktau yaxınlığında baş verən təyyarə qəzasının araşdırılmasına 17 beynəlxalq ekspert cəlb edib.

Yenisabah.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu hökumət komissiyasına rəhbərlik edən Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev deyib.

Onun sözlərinə görə, Azərbaycandan 6, “Embraer” şirkətindən 2, Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (CENIPA) 3, Dövlətlərarası Aviasiya Komitəsindən 3, Rusiya Federasiyasından isə 2 ekspert cəlb edilib. Marqarita pizza

"Bundan başqa, tezliklə Beynəlxalq Mülki Aviasiya Təşkilatından (ICAO) da ekspert gələcək", - K.Bozumbayev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!