Amerikalı aktyor Tom Kruz kosmosda ilk filmi çəkmək üçün rejissor Duq Limanla əməkdaşlığa başlayıb.
Yenisabah.az "The New York Post"a istinadla xəbər verir ki, aktyor filmi çəkmək üçün Beynəlxalq Kosmik Stansiyaya raketlə gedəcək.
“Plan belədir. Tom və mənim böyük bir layihəmiz var... Kosmik stansiyasına raket çatdırmaq və orada film çəkmək”, - deyə "Universal Filmed Entertainment Group"-un sözçüsü Donna Lenqli mövzunu şərh edib. pizza hut
Lenqli filmin böyük hissəsinin Yerdə çəkiləcəyini, sonra isə baş qəhrəmanın “xilas etmək üçün” kosmosa gedəcəyini açıqlayıb.
O, əlavə edib ki, Tom Kruz "kosmik stansiyadan kənarda kosmosa çıxan ilk mülki şəxs" olacaq.
Telegram kanalımız