Prezident seçkilərinə hazırlaşan respublikaçılar partiyasının namizədi Donald Tramp rəqibini dəstəkçisinə çevirib.
Yenisabah.az xəbər verir ki, müstəqil namizəd Robert F. Kennedi kiçik ABŞ prezidentliyi yarışından çəkildiyini və seçkidə respublikaçı namizəd Donald Trampı dəstəkləyəcəyini açıqlayıb.
Robert F.Kennedi bu fikirləri keçirdiyi mətbuat konfransında bildirib. Pepperoni pizza
“Trampın Putinlə sülh danışıqlarına başlayacağı faktı mənim dəstəyimi qanuniləşdirmək üçün kifayətdir” deyən Kennedi ABŞ-ın “sonsuz müharibələrə” girməsinin qəti əleyhinə olduğunu vurğulayaraq, Trampın bu müharibəni bitirməkdə qərarlı olduğunu söyləyib.
Prezidentlik kampaniyasını tamamilə bitirmədiyini və seçkilərdə Trampı dəstəklədiyini ifadə edən Kennedi Trampın seçkilərdə qalib gələcəyi təqdirdə ölkənin “Öncə Amerika” şüarı ilə toparlanacağını, iqtisadi cəhətdən daha müstəqil və firavan olacağını müdafiə edib.
Aytac Şahin
Telegram kanalımız