Sabah Türkiyə, Finlandiya və İsveç rəsmiləri arasında üçtərəfli görüş keçiriləcək.
Yenisabah.az xəbər verir ki, Helsinkidə baş tutacaq görüş zamanı Türkiyə bir sıra tələblər irəli sürəcək. Ankara Helsinki və Stokholma Türkiyəyə ekstradisiya edilməli olan terrorçuların yenilənmiş siyahısını təqdim edəcək.
Bundan əlavə, görüşdə iki Skandinaviya ölkəsinin NATO-ya daxil olmaq barədə müraciəti müzakirə olunacaq. Həmin görüşdə NATO-nun iyun ayında keçirilmiş zirvə toplantısında bu ölkələr tərəfindən imzalanmış üçtərəfli sazişin detalları da nəzərdən keçiriləcək. Toyuqlu pizza
Telegram kanalımız