Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə başlayıb.
Yenisabah.az xəbər verir ki, seçkilərə yerli vaxtla səhər saat 08:00-da start verilib.
Prezident vəzifəsi uğrunda 2 namizəd mübarizə aparır: “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu.
Səsvermə yerli vaxtla saat 17:00-da başa çatacaq
Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilir.
İlk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 %, müxalifət lideri isə 44,88 % səs toplayıb.
Telegram kanalımız