Ucarda baş verən cinayət hadisəsi ilə bağlı rayon prokurorluğundan AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Ucarda baş verən cinayət hadisəsi ilə bağlı rayon prokurorluğundan AÇIQLAMA

Kriminal

03 İyun 2023 20:12 1203


İyunun 3-də Ucar rayon sakini 1996-cı il təvəllüdlü Rüfət İlyaszadənin xəsarət alması və 1995-ci il təvəllüdlü Könül Əliyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ucar rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla 1988-ci il təvəllüdlü Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon ərazisində yerləşən avtomobil yuma məntəqələrinin birində Rüfət İlyaszadəyə xəsarət yetirməsi, daha sonra yaşadığı evə gələrək arvadı Könül Əliyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sezar pizza

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanıb. Anar Əliyev prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İbtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!