Ukrayna “Baxmutun açarı” olan kəndi azad etdi

Ukrayna “Baxmutun açarı” olan kəndi azad etdi

Dünya Veb saytların hazırlanması

18 Sentyabr 2023 12:18 364


“Baxmut qəsəbəsi yaxınlığındakı Klişivka kəndi düşməndən azad edilib”. 

Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib. 

“Kəndin azad edilməsində iştirak edən Milli Polisin 80-ci Briqadasına, 5-ci Əlahiddə Hücum Briqadasına, məşhur 95-ci Hücum Briqadaya təşəkkür edirəm. Klişivka azad edildi! Yaşasın Ukrayna!”, - deyə Ukrayna lideri bildirib.

Qeyd edək ki, Klişivka kəndi mühüm strateji roluna görə “Baxmutun açarı” adlanır. Kənd Baxmutdan cəmi yeddi kilometr cənubda yerləşir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!