Ukrayna Krımı bombaladı, 24 nəfər yaralandı

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Krımı bombaladı, 24 nəfər yaralandı

Dünya

13 Sentyabr 2023 11:00 560


Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasındakı Sevastopol gəmiqayırma zavoduna zərbələr endirilib. 

Yenisabah.az bu barədə Rusiya mətbuatına və Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir. 

Nazirlik hücum görə Ukraynanı ittiham edib. Bildirilir ki, limanda yerləşən zavoda hücum 10 raket və üç sürətli qayıqla həyata keçirilib.  pizza mizza

Rəsmi Moskva iddia edir ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri raketlərdən 7-sini vurub, hər üç qayıq patrul gəmisi tərəfindən məhv edilib. Zərbələr zamanı zavodda təmir edilən iki gəmi zədələnib. Teleqram kanallarında zavodda təmirdə olan "Minsk" desant gəmisi və "Rostov-na-Donu" sualtı qayığının vurulduğu iddia edilir. "RBC Ukrayna" nəşri bildirir ki, Ukrayna kəşfiyyatı qeyd olunan gəmilərin vurulduğunu təsdiq edib. 

"Sevastopol şəhərindəki S.Orconikidze adına gəmi təmiri zavoduna, xüsusən də avadanlıqlara ziyan dəyib. Böyük amfibiya gəmisinə və sualtı qayığa dəyən ziyanı təsdiqləyə bilərik", - kəşfiyyatdan bildirilib. 

Krımın ən böyük şəhəri və əsas Qara dəniz limanı olan Sevastopolun Rusiya tərəfindən təyin edilmiş qubernatoru Mixail Razvojayevazı 24 nəfərin yaralandığını bildirib. "Bütün fövqəladə hallar xidməti hadisə yerində işləyir, şəhərdə mülki obyektlər üçün heç bir təhlükə yoxdur", - Razvojayev bildirib.

Ukrayna tərəfi hücuma görə heç bir açıqlama verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!