Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Robotine kəndindən cənuba doğru irəliləyir. İşğalçılar isə rotasiya və əlavə qüvvələr olmadan döyüşür.
Yenisabah.az xəbər verir ki, bu barədə Amerikada Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında bildirilib.
ISW yazır ki, Rusiyanın ən yüksək səviyyəli “hərbi bloqerlərindən” biri taqətdən düşmüş rusların Robotine kəndi ətrafında (Orexovdan 10 km cənubda) Ukraynanın hücumlarından müdafiə oluna bilməsindən narahatlığını bildirib. Onun sözlərinə görə, Robotine yaxınlığındakı bir çox rus qüvvələri Ukrayna əks-hücumunun əvvəlindən cəbhə xəttindədir və əlavə qüvvə çatışmazlığı ilə mübarizə aparırlar. Sezar pizza
Qurum onu da əlavə edib ki, Ukrayna SQ Novodanilovka-Novopokrovka (Orexovdan 5-13 km cənub) və Malaya Tokmaçka-Oçeretovatoe (Orexovdan 9-25 km cənub-şərq) istiqamətlərində qeyri-müəyyən uğur əldə ediblər.
Telegram kanalımız