Ukrayna ordusu Rusiyanın İran istehsalı olan 11 “Shahed” PUA-nı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna ordusu Rusiyanın İran istehsalı olan 11 “Shahed” PUA-nı vurdu

Dünya

12 İyul 2023 10:42 754


Ukrayna ordusu ötən sutka ölkənin cənub hissəsində Rusiyanın İran istehsalı olan 11 “Shahed” pilotsuz uçan aparatını (PUA) məhv edib. 

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya ordusu ötən gün 15 PUA ilə Ukrayna ərazisinə hücum edib. Dominos pizza

Məlumata görə, Ukrayna müdafiəçiləri Rusiyanın cəbhə xətti mövqelərinə havadan 30 zərbə endirib.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirib ki, Ukrayna qoşunları əks-hücum əməliyyatını Donetskin Baxmut şəhərinin şimal və cənub istiqamətində davam etdirir, onlar şəhər ətrafındakı bütün yüksəklikləri nəzarətə götürüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!