Ukrayna Rusiyanın İran istehsallı 37 PUA-sını məhv edib

saytların hazırlanması

Evə çatdırılma

Ukrayna Rusiyanın İran istehsallı 37 PUA-sını məhv edib

Dünya

19 İyul 2023 12:32 666


Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın 37 hava hədəfini məhv edib. 

“Report” xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb. 

Məlumata görə, Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın İran istehsalı olan 32 “Shahed-136/131” zərbə PUA-sına hücum edib, onlardan 23-nü sıradan çıxarıb.  Marqarita pizza

Bildirilib ki, bu PUA-lar Rusiyanın Krasnodar diyarındakı Primorsk-Axtarsk və ilhaq etdiyi Krım yarımadasındakı Çauda poliqonlarından buraxılıb. 

Məlumata görə, ötən gecə Rusiya Ukraynaya 16 “Kalibr”, 8 “X-22”, 6 “Oniks” qanadlı raketi və “Su-35” qırıcıdan isə idarə edilən bir “X-59” aviasiya raketi atıb. Ukrayna müdafiəçiləri 13 qanadlı raket, bir “X-59” viasiya raketi və 23 “Shahed-136” məhv edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!