Ukraynada müharibədə ölən və yaralanan uşaqların sayı 1000-ə çatır

saytların hazırlanması

Evə çatdırılma

Ukraynada müharibədə ölən və yaralanan uşaqların sayı 1000-ə çatır

Dünya

24 Avqust 2022 14:51 1008


UNICEF-in məlumatına görə, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri ən azı 972 uşaq ölüb və ya yaralanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə UNİCEF-in icraçı direktoru Ketrin Rassel bildirib.

“Bunlar sadəcə BMT-nin təsdiq edə bildiyi rəqəmlərdir. Biz inanırıq ki, həqiqi rəqəm daha çox olacaq. Hesab edirik ki, hər 10 məktəbdən 1-i zədələnib və ya dağıdılıb”, - o əlavə edib. pizza hut

Russell tərəfləri atəşkəsə çağıraraq deyib ki, uşaqlar təhlükəsizlik, sabitlik və dəstəyə ehtiyac duyurlar: "Bütün uşaqlar məktəbdə olmalı və təhsil almalıdırlar, o cümlədən fövqəladə vəziyyətlərə düşən uşaqlar. Ancaq hər şeydən çox Ukrayna uşaqlarının sülhə ehtiyacı var”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!