Ukraynaya F-16-lar verilir

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya F-16-lar verilir

Dünya

21 Avqust 2023 07:34 872


Hollandiya və Danimarka Ukraynaya F-16 verməyə hazır olduqlarını deyiblər. Hollandiyanın baş naziri Mark Rutte bunu bazar günü Volodimir Zelensky-nin onun ölkəsinə səfəri zamanı deyib.

Rutte deyib ki, Hollandiyanın ümumilikdə 42 F-16-ı var, amma indidən bunların hamısının ianə şəklində veriləcəyini demək tezdir: "Bu gün biz onu demək istəyirik ki, Niderland və Danimarka F-16 ları Ukraynaya və Ukrayna Hərbi Hava Qüvvələrinə transfer etməyə hazırdır".

Rutte bunu Eindhoven hərbi hava bazasında Zelensky ilə birgə mətbuat konfransında bildirib. Ukrayna prezidenti deyib ki, F-16-lar onun ölkənin Hərbi Hava Qüvvələrini gücləndirəcək və müdafiənin qurulmasına yardımçı olacaq. pizza mizza

2021-ci ilin fevralından Rusiyanın Ukraynaya hərbi təcavüzü davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!