Hazırda Azərbaycanda 50 kq-lıq un kisələrinin topdansatış qiymətləri 26-28 manat arasında dəyişir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.
Qurum ölkədəki un istehsalçıları barədə məlumatları ictimailəşdirib. pizza mizza
"Bu məlumatlar istehlakçıların məlumatlılığını artırmaq və şəffaflığı təmin etmək məqsədini daşıyır", - deyə açıqlamada qeyd olunub.
Telegram kanalımız