V qrupda bu ixtisaslar ləğv olundu

saytların hazırlanması

Evə çatdırılma

V qrupda bu ixtisaslar ləğv olundu

Sosial

17 Sentyabr 2020 15:42 5962


Bu ildən V qrupda bəzi ixtisaslar ləğv edilib, bəzilərinin isə adı dəyişdirilib.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Natiq Əliyev V ixtisas qrupu üzrə ixtisas seçimi ilə əlaqədar keçirilən canlı yayımda deyib.

Onun sözlərinə görə, əvvəl “Dekorativ sənət” adlanan ixtisas indi “Dekorativ tətbiqi sənət” adlanır. Bədən tərbiyyəsi və idman ixtisası ləğv olunub və “Məşqçilik” ixtisası ilə birləşdirilib. “Rəqs müəllimliyi” ixtisası ləğv olunub, “Xoreoqrafiya sənəti” ilə birləşdirilib. “Solo oxuma” ixtisası “Vakal sənəti” adlandırılır, “Estrada sənəti” “Populyar musiqi və caz ifaçılığı”, “Xalq çalğı alətləri ifaçılığı” isə “İnstrumental ifaçılıq” adı altında gedir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!