Vardanyan Bakıdan arvadına zəng etdi 

saytların hazırlanması

Evə çatdırılma

Vardanyan Bakıdan arvadına zəng etdi 

Siyasət

26 Aprel 2024 10:34 522


Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri”, Qarabağda separatçılığı və terrorçuluğu maliyyələşdirən milyarder Ruben Vardanyan ailəsilə əlaqə saxlayıb. 

Yenisabah.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, Vardanyana həyat yoldaşı Veronika Zonabend ilə telefon danışığa aparmağa şərait yaradılıb. 

Qeyd olunur ki, xanımı Ruben Vardanyanı aclığı dayandırmağa razı sala bilib.  Pepperoni pizza

Ruben Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!