Braziliya və Venesuela prezidentləri əvvəlki administrasiyası zamanı kəsilmiş hərtərəfli əlaqələrin bərpasına yönəlmiş sazişlər imzalayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Venesuela prezidenti Maduro özünün “Twitter” səhifəsində yazıb:
“İkitərəfli münasibətlərin normallaşması və bərpası prosesi tərəflər arasında imzalanmış birgə bəyannamədə təsbit olunub”.
N. Maduro iki ölkə arasında münasibətlərdə yeni dövrün başlandığını elan edən video yayımlayıb:
“Venesuela və Braziliya hökumətləri qardaşlıq əlaqələrini gücləndirən bütün maraq dairələri üzrə yeni əməkdaşlıq proqramı ilə ikitərəfli və diplomatik münasibətlərin yeni dövrünü açır”.
Telegram kanalımız