Xaçmazda meşə massivindəki yanğın söndürülüb.
Yenisabah.az xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Musayev deyib.
O qeyd edib ki, Xaçmazın dörd kəndində olan yanğın tam söndürülüb: pizza
“Hadisə nəticəsində Xaçmazda 40 hektara yaxın ərazi yanıb. Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amilidir. Ehtiyatsızlıq və qəsdən yandırılma ehtimal olunur ki, bu istiqamətdə araşdırma aparılır”, - Nazirlik rəsmisi bildirib./APA
Telegram kanalımız