“Xalaqızı, əmioğlu qardaş-bacı sayılır, onların evlənməsi...”

saytların hazırlanması

Evə çatdırılma

“Xalaqızı, əmioğlu qardaş-bacı sayılır, onların evlənməsi...”

Sosial

12 İyun 2024 12:29 355


"Qohumla evlilik məsələsinin qanunvericiliklə tənzimlənməsi məsələsi düzgün deyil. Kəbin məsələsini minumuma endirmək lazımdır. Belə olan halda, qohumla evlənmək istəyənlər təkcə kəbin kəsdirəcək". 

Bunu Metbuat.az-a açıqlamasında vəkil Mehman Muradlı deyib. Onun sözlərinə görə, bu problemin qarşısını ictimai qınaqla almaq olar:

"Əsas məsələ odur ki, ictimai qınaq olsun. Həmin insanların toyunda heç kim iştirak etməsin. Qınaqla üzləşsələr, bəlkə bu məsələ həllini tapar. Çünki xalaqızı, əmioğlu əslində qardaş-bacı sayılır. Onların evlənməsi heç bir halda doğru deyil. pizza mizza

Bu məsələni bir müddətdən sonra qanuniləşdirmək olar. Qohumla evlənən insanlar nəinki cərimə edilməli, hətta cinayət məsuliyyətinə cəlb olunmalıdır. Cərimələr də həddindən artıq yüksək olmalıdır. Valideynlərə və nigaha girən şəxslərə cərimə təqbiq olunmalıdır. Belə olan halda bu məsələlərə son qoymaq olar. Amma hələ ki, qanunla bunun tənzimlənməsi yaxşı nəticə verməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!