Xarmidorçaydan sel keçib, Qobustana dolu düşüb - FAKTİKİ HAVA

saytların hazırlanması

Evə çatdırılma

Xarmidorçaydan sel keçib, Qobustana dolu düşüb - FAKTİKİ HAVA

Sosial

13 İyun 2024 21:16 342


İyunun 13-ü saat 20:00-a olan məlumata əsasən Altıağac, Şahdağ, Xaltan, Quba, Qusar (Laza), Xınalıq, Qobustan, Qrız, Şabranda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağan leysan xarakterli yağışlar nəticəsində saat 15:43 radələrində Quba rayonu Xaltan kəndi ərazisindən keçən Xarmidorçaydan sel keçib. Sezar pizza

Saat 18:42-18:53 radələrində Qobustan rayonuna diametri 14-20 mm olan dolu düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!