Xerson atəşə tutuldu - 2 ölü, 3 yaralı

saytların hazırlanması

Evə çatdırılma

Xerson atəşə tutuldu - 2 ölü, 3 yaralı

Dünya

18 Sentyabr 2023 12:39 506


Ukraynanın Xerson vilayətinin Rusiya qüvvələri tərəfindən atəşə tutulması zamanı 2 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə regionun hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib. 

Onun sözlərinə görə, sentyabrın 17-dən 18-nə keçən gecə Rusiya hərbçiləri Xerson vilayətini atəşə tutublar.  Dominos pizza

Xersona endirilən zərbələr nəticəsində 72 yaşlı kişi həlak olub, daha 1 mülki şəxs isə yaralanıb. Kizomıs kəndində fərdi evdə zərbə qeydə alınıb, yaşlı qadın ölüb. 60 yaşlı yerli sakin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. 

Bundan başqa, Olqovka kəndinin atəşə tutulması zamanı 63 yaşlı qadın yaralanıb və xəstəxanaya aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!