Xersonda ağır döyüşlər başladı

saytların hazırlanması

Evə çatdırılma

Xersonda ağır döyüşlər başladı

Dünya

30 Avqust 2022 09:58 933


Ukrayna ordusunun genişmiqyaslı əks-hücumu nəticəsində Xerson istiqamətində ağır döyüşlər gedir.

 Yenisabah.az “UNIAN”a istinadla xəbər verir ki, avqustun 30-u səhər saatlarına olan məlumata görə,  Xersonda ard-arda partlayış səsləri eşidilib.

“Bir anda bir neçə rayonda tapança və pulemyotlardan, həmçinin, qumbaraatanlardan atəş səsləri eşidildi” – deyə hadisə şahidləri bildiriblər. Toyuqlu pizza

Xatırladaq ki, avqustun 29-da Ukrayna Silahlı Qüvvələrin komandanlığı Xerson vilayəti istiqamətində əks-hücumun başladığını rəsmən elan edib. 

Qeyd edək ki, Ukrayna qüvvələrinin irəliləməsi işğal olunmuş ərazilərdə Rusiya hərbi logistikasının məhv edilməsi ilə müşayiət olunur.

Avqustun 30-na olan məlumata görə, Ukrayna Silahlı Qüvvələri beş istiqamətdə - Xarkov, Slovyansk, Baxmut, Avdiivka və Yujnobuzda rusların hücumlarını dəf edib. Avdiivka yaxınlığındakı bəzi ərazilərdə artilleriya atəşinin davam etdiyi bildirilir.

Yerli mətbuat yazır ki, Ukrayna Silahlı Qüvvələrin əks-hücumunun başlamasından sonra Rusiya tərəfi Mikolaivdə dinc əhaliyə yenidən zərbələr endirib.Avqustun 30-u səhər saatlarından Rusiya ordusu Zaporojyeyə istiqamətində hücum edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!