Xersonda Rusiyanın 2 silah-sursat anbarı məhv edildi

saytların hazırlanması

Evə çatdırılma

Xersonda Rusiyanın 2 silah-sursat anbarı məhv edildi

Dünya

23 Avqust 2022 17:56 1222


Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində Rusiyanın 2 silah-sursat anbarını məhv ediblər.

“Report” bildirir ki, bu barədə Cənub” Əməliyyat Komandanlığının “Facebook” səhifəsində məlumat verilib.

Məlumata görə, həmçinin qarşı tərəfin 2 komanda məntəqəsi dağıdılıb. pizza sifarişi

“Tapşırıqların yerinə yetirilməsi çərçivəsində raket və artilleriya bölmələrimiz Çernobaevkadakı 247-ci desant-hücum alayının döyüş sursatı anbarını və komanda məntəqəsini, həmçinin Novovoskresenskoyedəki 331-ci hava desant alayının komanda məntəqəsini və sursat anbarını məhv edib”, - məlumatda yazılıb.

Həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində Rusiyanın 23 hərbçisi, 1 T-72 tankı məhv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!