Xersonda rusların birinci müdafiə xətti yarıldı

saytların hazırlanması

Evə çatdırılma

Xersonda rusların birinci müdafiə xətti yarıldı

Dünya

29 Avqust 2022 14:41 1013


Ukrayna Ordusu Xerson vilayətində Rusiya işğalçılarının birinci müdafiə xəttini yarıb. Alaylardan biri mövqelərindən geri çəkilb. 

“Report” xəbər verir ki, bu barədə “Kaxovka” qoşunların əməliyyat qrupu məlumat yayıb.

Bildirilib ki, Rusiya dəstəkli qondarma Donetsk Xalq Respublikasının 109-cu piyada alayı öz mövqelərindən uzaqlaşıb. İşğalçılar tanklardan, aviasiyadan və artilleriyadan atəş açır. Dördpendirli pizza

“Suspilne”nin məlumatına görə, Xerson şəhər və vilayətində elektrik enerjisi dayandırılıb. Bu barədə Rusiya mətbuatında da məlumat yayılıb. Buna səbəb kimi “yarımstansiyada qəza” olduğu göstərilir.

“Cənub” Təhlükəsizlik və Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk “Hromadske”yə şərhində bildirib ki, Ukrayna Silahlı Qüvvələri ölkənin cənubunda bir çox istiqamətlərdə hücum əməliyyatlarına başlayıb.

“Kaxovka” açıqlayıb ki, Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisində vəziyyət son dərəcə mürəkkəbdir. HIMARS, demək olar ki, bütün böyük körpüləri dağıdıb: Antonovski dəmir yolu, avtomobil və Novokaxovski körpüləri.

“Yalnız piyada keçidləri qalıb. Rusiya ordusunun Krım ərazisindən silah və şəxsi heyətinin tədarükü kəsilib. Bu, Ukrayna üçün öz ərazilərini qaytarmaq istiqamətində parlaq şansdır”, - “Kaxovka”dan qeyd ediblər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!