İran vətəndaşı ilə əlbir olaraq narkotiklərin satışını təşkil edən şəxsdən 16 kiloqram marixuana aşkar edilib.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Nadim İmanverdiyev saxlanılıb. Onun üzərinə və əlində olan bağlamaya baxış zamanı 16 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb.
Nadim İmanverdiyev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Seyfur Rza” adlı İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. Toyuqlu pizza
Ümumən Xətaidə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 60 nəfər saxlanılıb.
Telegram kanalımız