Yağış, külək... - Faktiki hava

saytların hazırlanması

Evə çatdırılma

Yağış, külək... - Faktiki hava

Sosial

23 Yanvar 2025 09:41 147


Milli Hidrometeorologiya Xidməti yanvarın 23-ü saat 9:00-a olan faktiki havanı açıqlayıb.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti arabir yağıntılı olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5, Quba, Qobustan, Kürdəmir, Sabirabad, Neftçala, Göyçay, Astarada 1 mm-dir. pizza mizza

Cənub-şərq küləyi əsib, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Şahdağda 20 m/s, Bakıda və Abşeron yarımadasında eyni zamanda Xaltanda 16 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Şamaxı, Xaltan, Lerikdə duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!