Yeni ildə ilk dərs günü nə zaman olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Yeni ildə ilk dərs günü nə zaman olacaq?

Sosial

29 Dekabr 2024 22:10 480


Azərbaycanda yeddigünlük qeyri-iş günündən sonra beşgünlük iş həftəsi ilə işləyən təhsil müəssisələrində ilk dərs günü yanvarın 6-da, altıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə isə yanvarın 4-də olacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilir ki, Nazirlər Kabineti 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” Qərar verib.  pizza sifarişi

Qərara əsasən, dekabrın 28-29-u iş günü sayılıb. Bu gün beşgünlük iş həftəsi ilə işləyən ümumtəhsil müəssisələrində cümə gününün, altıgünlük iş həftəsi ilə işləyən məktəblərdə isə bazar ertəsi gününün dərsləri tədris olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!