YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Yunan politoloq Türkiyəni təhdid etdi: “Qarabağa bənzəmirik“

Yunan politoloq Türkiyəni təhdid etdi: “Qarabağa bənzəmirik“

Dünya

30 Sentyabr 2022 14:42 715


Yunan ekspert Aleksandros Despotopulos jurnalistlərə açıqlamasında Türkiyəyə qarşı hədyan dolu çıxışlar edib.

Yenisabah.az xəbər verir ki, o, rəsmi Afinanın Egey dənizindəki adaları silahlandırmasına bəraət qazandırıb.

Siyasi analitik baş verə biləcək müharibədə Türkiyənin çoxlu itkilər verə biləcəyini dilə gətirib:

“Türkiyə ağır itkilər verəcəyini bilir. O anlamalıdır ki, Yunanıstan nə Liviya, nə Suriya, nə Ermənistan, nə də Qarabağa bənzəmir”.

Xatırladaq ki, hər iki NATO ölkəsi olan Türkiyə və Yunanıstan arasında adaların silahlandırılması problemi uzun müddətdir ki, davam edir. Belə ki, Yunanıstanın Egey dənizində yerləşən və Türkiyə sahillərinə yaxın olan adaları silahlandırmasından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə etirazlarını dilə gətirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!